ABŞ-nin "İnter Mayami" futbol klubunun və Argentina milli komandasının hücumçusu Lionel Messi İspaniyanın Madrid vilayətinin yanğından zərər çəkmiş Syerra-Oeste bölgəsinin bərpası üçün 80 min avro ayırıb.
Oxu.Az bildirir ki, bu barədə Madrid Muxtar Birliyi hökumətinin sədri İsabel Dias Ayuso sosial şəbəkələrdə məlumat verib.
"Leo Messi Syerra-Oeste-de-Madridin bərpası üçün 80 min avro ianə edib. Mən ona təşəkkür etmək və bildirmək istəyirəm ki, Madrid sakinləri tezliklə onu yenidən salamlamağa və layiqli dəyərini verməyə ümid edirlər", - deyə Ayuso sosial şəbəkələrdə yazıb.
Qeyd edək ki, yayda İspaniyada anomal isti hava şəraiti səbəbindən iri meşə yanğınları baş verib. İyulun sonunda bildirilib ki, Madrid Muxtar Birliyindəki yanğınlar səbəbindən 115 mindən çox insan təxliyə edilib. Yanğın birliyin 17 bələdiyyəsinin ərazisində 27 000 hektar sahəni əhatə edib.