Mingəçevirdə 14 yaşlı yeniyetmə Qarabağ kanalında batıb.
Oxu.Az xəbər verir ki, hadisə Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində baş verib.
Məlumata görə, Mingəçevir şəhər sakini Nicat Şərifzadə kanalda çimərkən batıb.
Hazırda yeniyetmənin axtarışları davam etdirilir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12