“Barselona”nın hücumçusu Lionel Messi “İnter”ə transfer olunan yarımmüdafiəçi Arturo Vidala müraciət edib.
Argentinalı futbolçu onunla birlikdə eyni komandada oynamağın xoşbəxtlik olduğunu qeyd edib.
“İki il ərzində çox şeylər yaşadıq, sən isə özünə diqqət yetirməyə məcbur etdin. Soyunub-geyinmə otağı sənin üçün darıxacaq, Arturo!”, - deyə Messi bildirib.
L.Messi həmçinin A.Vidala yeni klubunda hər şeyin ən yaxşısını arzu edib.
“Şübhə etmirəm ki, bizim yollarımız yenidən kəsişəcək”, - deyə L.Messi əlavə edib.
Xatırladaq ki, A.Vidal “Barselona”ya 2018-ci ildə keçib. Futbolçu meydanda olduğu 96 qarşılaşmada 11 qol vurub.
View this post on Instagram"Argentina" teqi üzrə xəbərlər
- Argentina Britaniyaya iki həftə vaxt verdi - GƏRGİNLİK ARTIR
- Argentinada müəmmalı balina ölümləri: Narahatedici tendensiya aylardır davam edir - VİDEO
- Argentinalı deputat parlamentin iclasında kokain qəbul edib? - VİDEO
- "Ərini oğurlamışıq, pul ver!" - Mesajların arxasından görün kim çıxdı - Foto
- Malvin adaları ətrafında gərginlik artır: Argentina Britaniya və İsrailə nota verdi
Digər xəbərlər