Lionel Messinin Argentina milli komandasındakı karyerasını başa vurmasından sonra yığmanın yeni kapitanı "Atletiko Madrid"in müdafiəçisi Kristian Romero olacaq.
Oxu.Az bu barədə "TyC Sports" telekanalına istinadən xəbər verir.
Romeronun millidəki debütü 2021-ci ildə baş tutub. O, keçirdiyi 58 matçda dörd qola imza atıb. Müdafiəçi komanda ilə birlikdə dünya çempionatlarının qızıl (2022) və gümüş (2026) medallarını qazanıb, həmçinin iki dəfə Amerika Kubokunun (2021, 2024) qalibi olub.
28 yaşlı Romeronun kapitan təyin edilməsi qərarını argentinalıların baş məşqçisi Lionel Skaloni verib.
Xatırladaq ki, Lionel Messi milli komandadan getdiyini avqustun 31-də elan etmişdi.