Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Messinin komanda yoldaşı Azərbaycana gəlməkdən imtina edib: "Məşq etmək daha yaxşıdır"
Haiti milli komandasının aparıcı futbolçularından biri Fafa Piko Azərbaycanla yoldaşlıq görüşünü buraxacaq.
Oxu.Az xəbər verir ki, 34 yaşlı hücumçu ABŞ-da qalıb, şərəfini qoruduğu "İnter Mayami"nin heyətində məşqləri davam etdirməyə üstünlük verib.
Piko bununla bağlı öz sosial media səhifəsində paylaşdığı şəkilə "İşə qayıdış" sözünü əlavə edib.
Futbolçu milli komandamızla görüşə çağırılan 24 nəfərlik heyətdə yer alırdı. Lakin görünür, bu ilin yanvarında "İnter Mayami"yə transfer olunan hücumçu yeni klubunda mövqeyini möhkəmləndirmək üçün Azərbaycana səfərdən vaz keçib.
O, Mayami təmsilçisinin tərkibində üç görüşdə bir qol vurub. Piko "İnter Mayami"də qol hesabını martın 16-da "Atlanta Yunayted"lə qarşılaşmada (2:1) açıb. 89-cu dəqiqədə qələbə topuna imza atan haitili oyunçu gərgin matçda fərqlənməklə, komandanın kapitanı Lionel Messinin də çılğın sevincinə səbəb olub.
"Lionel Messi" teqi üzrə xəbərlər
- Futbol tarixinin ən yaxşı futbolçusu BƏLLİ OLDU – Müzakirə bitdi
- Messi Argentina millisinin heyətinə düşə bilmədi
- Üç oyun sonra meydana qayıdan Lionel Messi fərqlənməyi bacardı
- Dünyanın ən varlı futbolçuları bəlli olub - Ronaldu və Messi birinci deyillər
- Lionel Messi oynamadı: Rəqib komanda milyonlarla dollar ziyana düşdü