Argentina millisinin lideri Lionel Messinin dünya çempionatında vurduğu rekord qoldan sonra 100 yaşlı azarkeş əlində plakatla ayaqüstə görüntülənib.
Oxu.Az bu barədə "RİA Novosti" agentliyinə istinadən xəbər verir.
Matç Avstriya komandasına qarşı keçirilib. Messi dünya çempionatlarında özünün 18-ci qolunu vurub. Bu, tarixdəki ən yaxşı göstəricidir.
Qeyd olunur ki, qoldan dərhal sonra telekamera ağ-göy rəngli formada olan ağsaçlı bir qadını göstərib. O, tribunada əlində kiçik plakatla ayaqüstə dayanmışdı və plakatın üzərindəki yazı əllə yazılmışdı.
Plakatda "100 yaşlı Messi azarkeşi" (100 Year Old Messi Fan)" sözləri qeyd olunub.