ABŞ və İran arasında İsveçrənin Bürgenştok şəhərində keçirilən yüksəksəviyyəli danışıqlar yeni mərhələyə qədəm qoyub.
Oxu.Az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında məlumat verilib.
Bildirilib ki, tərəflər arasında fikir ayrılıqları hələ də qalsa da, görüşün yekununda müəyyən irəliləyişlərin əldə olunduğu açıqlanıb. Qətər və Pakistanın vasitəçiliyi ilə keçirilən danışıqlar təxminən 18 saat davam edib.
Vasitəçilərin yaydığı birgə bəyanatda qeyd olunub ki, Vaşinqton və Tehran yekun razılaşmaya nail olmaq üçün 60 günlük yol xəritəsi üzərində razılığa gəliblər.
Bununla yanaşı, nüvə proqramı, sanksiyalar, monitorinq mexanizmləri və mübahisələrin həlli ilə bağlı məsələləri müzakirə edəcək xüsusi işçi qruplarının yaradılması barədə qərar qəbul olunub.