UEFA Millətlər Liqasının I turunda növbəti oyunlar keçirilib.
Oxu.Az xəbər verir ki, A, C və D Liqalarında ümumilikdə 7 qarşılaşma baş tutub.
A Liqasının 1-ci qrupunda son dünya çempionu Fransa evdə Danimarkaya məğlub olub - 1:2.
Qrupun digər matçında Avstriya Xorvatiyaya qalib gəlib - 3:0.
4-cü qrupda Niderland səfərdə Belçikanı darmadağın edib - 4:1.
Azərbaycan yığması C Liqasının 3-cü qrupunda səfərdə Qazaxıstana 0:2, Belarus isə evdə Slovakiyaya 0:1 hesabı ilə uduzub.
UEFA Millətlər Liqası
I tur
A Liqası
1-ci qrup
Fransa - Danimarka 1:2
Qollar: Kərim Benzema, 51 - Andreas Kornelius, 68. 89
C Liqası
3-cü qrup
Qazaxıstan - Azərbaycan - 2:0
Qollar: Abat Aymbetov, 50. 57
Belarus - Slovakiya - 0:1
Qol: Tomas Suslov, 61
D Liqası
1-ci qrup
Latviya - Andorra - 3:0
Qollar: Roberts Uldrikis, 9. 77, Janis İkaunieks, 85 (p)
Lixtenşteyn - Moldova - 0:2
Qol: İon Nikolaesku, 5. Vadim Bolohan, 90+1