UEFA Millətlər Liqasında bu axşam səkkiz görüş keçirilib.
Oxu.Az xəbər verir ki, Türkiyə yığması İzmirdə İslandiya millisini qəbul edib.
Gərgin mübarizə şəraitində keçən qarşılaşma 3:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Ay-ulduzluların bütün qollarını Kerem Aktürkoğlu vuraraq het-trikə imza atıb.
Həmçinin Fransa evdə Belçikanı (2:0), İtaliya isə səfərdə İsraili (1:2) məğlub edib.
Digər matçlarda Monteneqro doğma meydanda Uelsə (1:2), Avstriya isə səfərdə Norveçə uduzub (2:1).
Sloveniya Qazaxıstanın qapısından 3, Kosovo Kiprin qapısından 4 cavabsız top keçirib (3:0 və 0:4). Rumıniya isə Litvadan üstün olub - 3:1.
Rəylər