17 və 19 yaşadək qadın futbolçulardan ibarət milli komandalar arasında 2025/2026 mövsümü üzrə Avropa çempionatının birinci mərhələsinin püşkü atılıb.
Oxu.Az xəbər verir ki, püşk nəticəsində Azərbaycan millilərinin rəqibləri müəyyənləşib.
B Liqasının 1-ci qrupunda yer alan U-17 millimiz Uels, Kosovo və Moldovadan olan həmyaşıdları ilə mübarizə aparacaq.
B Liqasının 5-ci qrupunda qərarlaşan U-19 milli komandamız isə Sloveniya, Şimali Makedoniya və Gürcüstan seçmələri ilə qarşılaşacaq.
Qeyd edək ki, oyunlar bu ilin payızında keçiriləcək. Turnirin təşkil olunacağı ölkə və tarixlərlə bağlı hələlik məlumat verilmir.