Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İki güləşçimiz yarımfinalda: Abubakr Abakarov dörddəbirdə məğlub oldu
Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə Avropa çempionatının ilk görüşləri keçirilir.
Oxu.Az xəbər verir ki, dörddəbir finalda bolqarıstanlı rəqibi Mixail Georgiyevi 4:1 hesabı ilə məğlub edən Kənan Heybətov yarımfinala vəsiqə əldə edib. Onun bu mərhələdəki rəqibi David Baev olacaq.
Əli Rəhimzadə isə dörddəbir final mərhələsində almaniyalı rəqibi Niko Meqerleyə 10:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Onun bu mərhələdəki rəqibi fransalı Khamzat Arsamerzuev olacaq.
Abubakr Abakarov dörddəbir final mərhələsində macarıstanlı rəqibi Riçard Veqə 2:5 hesabı ilə məğlub olub.
Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə Avropa çempionatının ilk görüşləri keçirilir.
Oxu.Az xəbər verir ki, güləşçimiz İslam Bazarqanov dörddəbir final mərhələsində türkiyəli güləşçini 8:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib. Güləşçilərimizdən yalnız Orxan Abasov fransalı rəqibi Zəlimxan Hacıyevə məğlub olub - 5:9.
Qeyd edək ki, Əli Rəhimzadə, Kənan Heybətov və Abubakr Abakarov isə dörddəbir final mərhələsinə vəsiqəni təmin ediblər.
Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə Avropa çempionatına start verilib.
Oxu.Az xəbər verir ki, güləşçimiz Abubakr Abakarovun ukraynalı rəqibi Vasili Sovaya 9:5 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Abubakr Abakarovun dörddəbir final mərhələsindəki rəqibi Riçard Veq (Macarıstan) olacaq.
Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə Avropa çempionatına start verilib.
Oxu.Az xəbər verir ki, güləşçimiz Kənan Heybətov avstriyalı rəqibini 10:0 heasbı ilə məğlub edib.
Qeyd edək ki, Avropa çempionatı aprelin 13-dək davam edəcək.
Bu gün Slovakiyanın Bratislava şəhərində güləş üzrə Avropa çempionatı başlayır.
Oxu.Az xəbər verir ki, Avropa çempionatının ilk günündə Azərbaycanın beş sərbəst güləşçisi döşək üzərinə çıxacaq.
57 kq: İslam Bazarqanov - rəqibini gözləyir;
65 kq: Əli Rəhimzadə - Ayub Musayev (Belçika);
70 kq: Kənan Heybətov - Benedikt Huber (Avstriya);
79 kq: Orxan Abasov - Zəlimxan Hacıyev (Fransa);
97 kq: Abubakr Abakarov - Vasili Sova (Ukrayna).