Tərtər rayonundan Suqovuşan kəndinə keç edən keçmiş məcburi köçkün ailələrinə mənzillərinin açarları təqdim edilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a məlumat verilib.




Tərtər rayonundan yola salınan növbəti köç karvanı Suqovuşan kəndinə çatıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu mərhələdə kəndə 53 ailə - 185 nəfər köçürülüb.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində bu gün Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu mərhələdə kəndə 53 ailə - 185 nəfər köçürülür.
Suqovuşan kəndinə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Qeyd edək ki, Suqovuşan kəndinə planlaşdırılan köçlə bağlı ümumilikdə 180 ailə (591 nəfər) siyahıya alınıb. Köçün ilkin mərhələsində 20 ailə köçürülüb. Növbəti mərhələdə - bu il aprelin 5-də isə kəndə 53 ailə - 174 nəfər köçürülüb.