"Sabah"ın vingeri Coy-Lens Mikelsin Azərbaycan Kubokunun ilk yarımfinal mərhələsinin "Neftçi" ilə oyunundan sonra (2:1) zədəsinin ciddi olduğu üzə çıxıb.
Oxu.Az xəbər verir ki, hücumçu minimum üç həftə yaşıl meydanlardan kənarda qalacaq.
Belə ki, "bayquşlar" qarşıdakı turlarda onun xidmətindən yararlana bilməyəcək və aprelin 23-də "Neftçi" ilə baş tutacaq yarımfinalın cavab oyununda iştirakı böyük sual altındadır.