Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Millimiz Avropa çempionatının seçmə mərhələsində ilk qol və ilk xal üçün oyuna çıxacaq
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti matçını keçirəcək.
Oxu.Az xəbər verir ki, yığmamız Avropa çempionatının II seçmə mərhələsində son oyununa çıxacaq.
B Liqasının dördüncü qrupunda yer alan millimiz Monteneqro yığması ilə üz-üzə gələcək. Keçirdiyi hər iki görüşdə 0:4 hesabı ilə uduzan Həbib Ağayevin yetirmələri ilk qol və ilk xal üçün mübarizə aparacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.
Qeyd edək ki, qrupun digər görüşündə Şimali İrlandiya ilə Albaniya üz-üzə gələcək.
Albaniyada "House of Football Natural Pitch" stadionunda keçiriləcək matçı Rumıniyadan olan baş hakim Roksana Rekorean idarə edəcək.
"AVRO-2025" teqi üzrə xəbərlər
- Millimiz AVRO-2025-in II seçmə mərhələsində mübarizəyə başlayır
- Millimiz AVRO-2025-in II seçmə mərhələsində Lüksemburqla üz-üzə
- Rumıniyalı futbolçu "Qarabağ"ın təklifini geri çevirib
- Azərbaycan millisi Polşaya qarşı
- Avropa çempionatı: Azərbaycan millisi seçmə mərhələdə Türkiyə yığmasını qəbul edəcək