Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

ABŞ Kinoaktyorlar Gildiyası ən yaxşı aktyoru seçdi
Aktyor Timoti Şalame ABŞ Kinoaktyorlar Gildiyasının "Ən yaxşı kişi rolu" kateqoriyasında mükafata layiq görülüb.
Oxu.Az-ın məlumatına görə, 31-ci mükafatlandırma mərasiminin yayımı Los-Ancelesdən "Netflix" vasitəsilə həyata keçirilib.
Fransalı-amerikalı aktyor "A Complete Unknown" filmindəki roluna görə bu mükafata layiq görülüb.
Həmçinin bu kateqoriyada Edrian Broudi "The Brutalist", Deniel Kreyq "Queer", Kolman Dominqo "Sing Sing" və Reyf Fayns "Conclave" filmləri ilə nominasiyaya namizəd olmuşdular.
Keçən il "Ən yaxşı kişi rolu" mükafatına irlandiyalı aktyor Killian Mörfinin Kristofer Nolanın bioqrafik dramı "Oppenheimer" filmindəki performansı layiq görülmüşdü. Daha sonra o, bu roluna görə "Oskar" mükafatı qazanmışdı.