Futzal üzrə yığma komandaların yeni reytinq cədvəli açıqlanıb.
Oxu.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, Azərbaycan millisi mövqeyini qoruyub.
Yığmamız ötən ay olduğu kimi 12-ci pillədə qərarlaşıb. Komandamızın aktivində 1391 xal var.
Siyahıdakı digər qitələrin təmsilçilərini çıxdıqda, millimiz Avropa ölkələri arasında 7-ci yeri tutur. Komandamız “köhnə qitə”də İspaniya, İtaliya, Rusiya, Portuqaliya, Ukrayna və Çexiyadan geri qalır.
Yığmamız bu gün Özbəkistanın paytaxtı Daşkənddə startı veriləcək beynəlxalq turnirə qatılacaq. Millimizin qarşılaşacağı komandalar da mövqelərini qoruyub. Belə ki, Özbəkistan 18-ci, Belarus 22-ci, Qazaxıstan isə 29-cu olub.
İlk “10-luq”da heç bir dəyişiklik olmayıb. Ötən ay olduğu kimi aktivində 1399 xal olan Çexiya və Yaponiya 10-11-ci pillələri bölüşür:
1 (1). İspaniya - 1915
2 (2). Braziliya - 1910
3 (3). İtaliya - 1746
4 (4). Rusiya - 1743
5 (5). Argentina - 1684
6 (6). Portuqaliya - 1620
7 (7). İran - 1584
8 (8). Ukrayna - 1472
9 (9). Kolombiya - 1415
10 (10). Çexiya - 1399
10 (10). Yaponiya - 1399