Futbol üzrə Azərbaycan milli komandası bu gün Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində sonuncu yoldaşlıq görüşünü keçirib.
Oxu.Az xəbər verir ki, Robert Prosineçkinin yetirmələri Kanada yığması ilə 1:1 hesablı bərabərliyə qalıblar.
Hesabı 44-cü dəqiqədə kanadalılar açıblar. Teşo Akindele fərqlənib.
58-ci dəqiqədə hakim şimali amerikalıların qapısına penalti zərbəsi təyin edib. Dmitri Nazarov bu imkanı boşa verməyib - 1:1.
Oyunda başqa qol olmayınca, matç elə bu hesabla da yekunlaşıb.