Xorvatiyada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.
Oxu.Az-ın məlumatına görə, AFFA-dan AzərTAc-a bildiriblər ki, yerli “Novigrad” klubunun U-19 komandası ilə qarşılaşan yığmamız 2:0 hesabı ilə qələbə qazanıb.
Qolları Qara Qarayev və Nicat Süleymanov vurublar.