Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi Polşaya yollanıb.
AFFA-nın məlumatına görə, səfərin məqsədi karyeralarını bu ölkədə davam etdirən yığma üzvləri Mahir Emreli ilə Anton Krivotsyukun çıxış etdiyi komandaların oyunlarını izləməkdir.
Qeyd edək ki, Anton Krivotsyukun çıxış etdiyi Plotsk “Visla”sı çempionatın III turunda sabah “Radomyak” klubu ilə qarşılaşacaq. Mahir Emrelinin formasını geyindiyi “Leqiya” isə UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunuda Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası ilə üz-üzə gələcək. Bu görüş avqustun 10-da olacaq.