Azərbaycan millisinin üzvü Renat Dadaşov karyerasını Türkiyədə davam etdirə bilər.
“Trabzonspor” İsveçrənin “Qrasshopper” klubunda çıxış edən hücumçu ilə maraqlanır.
24 yaşlı oyunçunun klubu ilə müqaviləsi olduğu üçün Qara dəniz təmsilçisi onu icarə əsasında heyətinə qatmaq niyyətindədir.
Qeyd edək ki, Renat Dadaşov ötən mövsüm “Qrasshopper”in heyətində 8 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Mənbə: gunebakis.com.tr