Bu gün oyunöncəsi rəsmi məşqdə iştirak etmək üçün futzal üzrə Azərbaycan millisinin üzvlərindən COVID-19 anticisim analizləri götürülüb.
Oxu.Az xəbər verir ki, komandanın iki üzvünün – Qalo və Rövşən Hüseynlinin testlərinin nəticəsi pozitiv olub.
Buna görə də hər iki futzalçıdan PCR testi götürülüb. Bu testin nəticəsi sabah oyuna qədər açıqlanacaq. Əgər PCR testin nəticəsi neqativ çıxarsa, hər iki futzalçı Gürcüstanla oyunda iştirak edə biləcək. Futzalçılar hazırda qaldıqları hotel otağında karantinə alınıb və oyunöncəsi məşqdə iştirak etməyəcəklər.
Qeyd edək ki, Niderland Krallığının mövcud qanunlarına görə, karantin müddəti 7 gündür.