Futbol üzrə Azərbaycan millisinin sabiq məşqçisi, hazırda Bosniya və Herseqovina komandasına rəhbərlik edən Robert Prosineçki xəstəxanaya düşüb.
Oxu.Az-ın məlumatına görə, 49 yaşlı mütəxəssis travmatologiya və ortopediya klinikasına yerləşdirilib.
Həkimlər bildiriblər ki, o, qarın boşluğundakı problemlərə görə əməliyyat olunmalıdır.
Qeyd edək ki, Robert Prosineçki 2014-2017-ci illərdə Azərbaycan yığmasının baş məşqçisi olub. Millimiz Prosineçkinin rəhbərliyi altında 21 oyun keçirib. Onlardan beşində qələbə, onunda isə məğlub olub. Daha altı qarşılaşma isə heç-heçə bitib.