Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Millimizin Şimali İrlandiyaya qarşı start heyəti açıqlandı
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki sabah Şimali İrlandiyaya qarşı keçiriləcək oyun üçün millinin start heyətini açıqlayıb.
Oxu.Az-ın məlumatına görə, ilk dəqiqələrdə meydanda Kamran Ağayev, Maksim Medvedev, Bədavi Hüseynov, Rəşad Sadıqov, Pavel Paşayev, Qara Qarayev, Riçard Almeyda, Cavid Hüseynov, Əfran İsmayılov, Dmitri Nazarov və Ramil Şeydayev mübarizə aparacaq.
“Dünən iki futbolçumuz yüngül zədə alıb. Hazırda onlar məşq edirlər. Əgər hər şey yaxşı olsa, o zaman mən dediyim heyətlə meydana çıxacağıq”, - Prosineçki əlavə edib.
Qeyd edək ki, qarşılaşma sabah saat 20:00-da Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək.
S.B.
www.oxu.az
"Qara Qarayev" teqi üzrə xəbərlər
- "Şəhid övladlarının incəsənət akademiyası" layihəsinin bağlanış mərasimi keçirilib
- Görkəmli bəstəkar Qara Qarayevin doğum günüdür
- Sürücülərin Ziya Bünyadov və Qara Qarayev prospektlərinin kəsişməsində qarşılaşdıqları PROBLEM
- "Sevinc Mall" ticarət mərkəzinin açılışı baş tutub
- Bakıda evdən çürümüş qadın meyiti tapıldı