Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Millimizin Xorvatiya ilə oyun üçün hazırlıq planı açıqlandı
Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 21-də Zaqreb şəhərində Xorvatiya yığması ilə qarşılaşacaq Azərbaycan millisinin hazırlıq planı müəyyənləşib.
Oxu.Az xəbər verir ki, millimiz martın 16-dan etibarən Bakıda təlim-məşq toplanışına başlayacaq.
Komanda martın 19-dək Mərdəkandakı “Dalğa Arena”nın ərazisindəki Milli Komandaların Məşq Mərkəzində qalacaq. Həmin gün nahardan sonra Zaqrebə yollanacaq millimiz Xorvatiya yığması ilə oyundan dərhal sonra Bakıya qayıdacaq və martın 25-də “Bakcell Arena”da Litva yığması ilə keçirəcəyi oyunun hazırlığına başlanacaq.
Millinin qeyd olunan toplanışlar və oyunlar üçün heyəti gələn həftə açıqlanacaq.
Yığmamızın hazırlıqlara başladığı tarixdə təqvim üzrə Premyer Liqanın XXI turu çərçivəsində “Səbail” – “Qarabağ” və “Zirə” – “Keşlə” matçlarının keçirilməsi nəzərdə tutulub. Milli komandamızın qarşıdakı oyunlara daha səmərəli hazırlaşması üçün PFL XXI turun oyunlarında dəyişiklik edib. Belə ki, bu iki matç 15 mart tarixinə keçirilib.
"Azərbaycan" teqi üzrə xəbərlər
- COP29-da tərəflər 300 milyard dollar vəsaitin ayrılmasına dair RAZILAŞMA ƏLDƏ EDİBLƏR
- Marina Silva: "İqlim maliyyəsi həssas ölkələrə güzəşt deyil, iqlimlə mübarizə üçündür"
- COP29-un bağlanış plenar iclasında Paris Sazişinin 6-cı maddəsi tam təsdiqlənib
- COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür barədə qətnamə layihəsi qəbul olundu
- Azərbaycanla Braziliya arasında bir il: COP30-dək hansı hədəflərə çatmalıyıq?