Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Minifutbol üzrə "GLOBAL MEDİA GROUP KUBOK"u turnirinə start verilib
May ayının 21-də "Global Media Group"un tərkibinə daxil olan şirkətlər arasında minifutbol turnirinə start verilib.
"Report" xəbər verir ki, ilk oyun günü "Baku.ws" - "Report" və "Global Management" - "Oxu.az" görüşləri baş tutub.
İlk dueldə "Baku.ws" rəqibini məğlub edib - 5:3. İkincilərin görüşündə isə "Global Management" rəqibinə qalib gəlib - 11:0. Oyunları AFFA-nın Hakimlər Komitəsi tərəfindən təyin edilmiş hakimlər idarə edib.
Qeyd edək ki, yarışda beş komanda mübarizə aparır: "Report" İnformasiya Agentliyi, "Oxu.az" və "Baku.ws" xəbər saytları, "Baku TV" televiziyası və "Global Management" şirkəti. İyunun 13-də başa çatacaq turnir ikidövrəli sistem üzrə keçirilir. Yarışda fərqlənənlərə Kubok və mükafatlar təqdim olunacaq.
Turnirin məqsədi "Global Media Group" şirkətinin həvəskar futbol oynayan əməkdaşları arasında dostluq əlaqələrinin inkişaf etdirilməsi, həmin əməkdaşların asudə vaxtlarının səmərəli keçirilməsidir.
"Global Media Group" teqi üzrə xəbərlər
- MEDİA kiberhücumla bağlı məlumat yaydı
- "Global Media Group"un tərkibindəki media qurumu "Prokurorluğun dostu" mükafatı ilə təltif olunub
- "Global Media Group"un tərkibindəki şirkətlər növbəti nəzarət auditindən uğurla keçib
- "Global Media Group"un 7 yaşı tamam olur
- "Global Media Group"un yeddi əməkdaşı MEDİA-nın fərdi jurnalist müsabiqəsinin qalibi olub