Minifutbol üzrə Avropa çempionatının qalibi olan Azərbaycan millisinin üzvləri vətənə qayıdıblar.
Oxu.Az xəbər verir ki, çempion komandanı Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlər, ictimaiyyət nümayəndələri və azarkeşlər coşqu ilə qarşılayıblar.
Daha çox foto burada: PhotoStock.az
Minifutbol üzrə Avropa çempionatının qalibi olan Azərbaycan millisi vətənə qayıdıb.
Oxu.Az xəbər verir ki, idmançıları qarşılamaq üçün Heydər Əliyev Beynəlxalq Aeroportuna jurnalistlər, ictimaiyyət nümayəndələri və azarkeşlər gəliblər.
Xatırladaq ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv finalda Ukrayna seçməsini məğlub edib. "Tipos Arena"dakı oyun 2:0 hesabı ilə bitib.
Beləliklə, bu, minifutbol üzrə Azərbaycan millisinin 2-ci Avropa çempionluğu olub. Yığmamız 2022-ci ildə də qitənin ən güclüsü olmuşdu.