Misli Premyer Liqasında VI tura yekun vurulub.
Oxu.Az xəbər verir ki, sonuncu matçda "Sabah" "Sumqayıt"ı qəbul edib.
"Bank Respublika Arena"dakı qarşılaşma heç-heçə yekunlaşıb - 1:1.
"Bayquşlar"ın heyətində Coy Lens Mikels 26-cı dəqiqədə fərqlənib. 35-ci dəqiqədə Rüstəm Əhmədzadə tarazlığı bərpa edib.
Bu nəticədən sonra xallarının sayını 11-ə çatdıran "gənclik şəhəri" təmsilçisi üçüncü pillədə qərarlaşıb. "Sabah" 8 xalla yeddincidir.
Günün ilk qarşılaşmasında "Turan Tovuz" "Kəpəz"i üç cavabsız qolla üstələyib.
Qeyd edək ki, VI turda "Qarabağ" "Qəbələ"ni məğlub edib - 2:0. "İmişli" - "Zirə" və "Şamaxı" - "Araz-Naxçıvan" görüşləri 1:1 hesabı ilə yekunlaşıb. "Neftçi" - "Karvan-Yevlax" oyununda qol vurulmayıb.
Misli Premyer Liqasının VI turunda "Turan Tovuz" "Kəpəz"ə qalib gəlib.
Oxu.Az xəbər verir ki, "Azərsun Arena"da keçirilən matç birincilərin 3:0 hesablı qələbəsi ilə bitib.
Qolları Aleks Souza (32) Joarlem Santos (36) və Filip Ozobiç (46) vurublar.
"Turan Tovuz" xallarının sayını 12-yə çatdırıb. Gəncə klubu isə xalsızdır.
Misli Premyer Liqasında VI tura bu gün iki oyunla yekun vurulacaq.
Oxu.Az xəbər verir ki, əvvəlcə "Turan Tovuz" Bakıda "Kəpəz"lə üz-üzə gələcək.
"Azərsun Arena"da baş tutacaq qərb derbisi saat 16:30-da başlayacaq.
"Turan Tovuz" hazırda 9 xalla 5-ci pillədə qərarlaşıb. Xal toplamayan Gəncə klubu isə sonuncu - 12-ci yerdədir.
Turun bağlanış görüşündə "Sumqayıt" "Sabah"la münasibətlərinə aydınlıq gətirəcək.
"Bank Respublika Arena"dakı qarşılaşmanın start fiti saat 19:00-da səslənəcək.
"Sumqayıt" 10 xalla turnir cədvəlinin 4-cü pilləsindədir. 7 xala malik və rəqiblərindən bir oyun az keçirən "Sabah" isə 7-cidir.
Misli Premyer Liqası
I dövrə, VI tur
28 sentyabr
16:30. "Turan Tovuz" - "Kəpəz"
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli.
VAR: Kamal Umudlu.
AVAR: Kamran Əliyev.
Hakim-inspektor: İmanxan Sultani.
"Azersun Arena"
19:00. "Sabah" - "Sumqayıt"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Ramil Diniyev.
"Bank Respublika Arena"
Qeyd edək ki, turun əvvəlki oyunlarında "İmişli" "Zirə" ilə (1:1), "Şamaxı" "Araz-Naxçıvan"la (1:1), "Neftçi" isə "Karvan-Yevlax"la (0:0) heç-heçə edib. "Qarabağ" isə "Qəbələ"ni 2:0 hesabı ilə üstələyib.