Misli Premyer Liqasında ilk turun daha bir oyunu keçirilib.
Oxu.Az bildirir ki, günün ikinci matçında "Neftçi" "Şamaxı"nı qəbul edib.
"Neftçi Arena"dakı qarşılaşma heç-heçə yekunlaşıb. Qonaqların heyətində 23-cü dəqiqədə Karim Rossi fərqlənib. Meydan sahiblərində Emin Mahmudov 45+2-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.
Qeyd edək ki, günün ilk matçında "Turan-Tovuz" "İmişli"ni bir cavabsız qolla üstələyib. Ötən gün "Karvan-Yevlax" və "Qəbələ" komandaları arasında keçirilmiş açılış oyununda qalib müəyyənləşməyib - 1:1. Turun digər qarşılaşmaları 17 və 19 avqustda keçiriləcək. "Sabah" - "Qarabağ" görüşü isə təxirə salınıb.
Misli Premyer Liqasının I turunda daha bir oyun keçirilib.
Oxu.Az xəbər verir ki, günün ilk matçında "Turan Tovuz" "İmişli"nin qonağı olub.
Şamaxı şəhər stadionundakı qarşılaşma Tovuz təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeganə qol 90+9-cu dəqiqədə Roberto Olabenin ayağına yazılıb.
Qeyd edək ki, ötən gün "Karvan-Yevlax" və "Qəbələ" komandaları arasında keçirilmiş açılış oyununda qalib müəyyənləşməyib - 1:1. Turun digər qarşılaşmaları 17 və 19 avqustda keçiriləcək. "Sabah" - "Qarabağ" görüşü isə təxirə salınıb.
Bu gün Misli Premyer Liqasında I turun daha iki görüşü keçiriləcək.
Oxu.Az xəbər verir ki, ikinci oyun günündə "İmişli" "Turan Tovuz"u, "Neftçi" isə "Şamaxı"nı qəbul edəcək.
Xatırladaq ki, turun ilk matçında "Karvan-Yevlax" "Qəbələ" ilə üz-üzə gəlib. Görüş 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, turun digər oyunlarında "Sumqayıt" "Kəpəz"lə avqust ayının 17-də, "Zirə" ilə "Araz-Naxçvan" isə avqust ayının 19-da üz-üzə gələcək.
Avqustun 17-də keçiriləcək "Sabah" - "Qarabağ" matçı "köhlən atlar"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməsi səbəbindən təxirə salınıb.
16 avqust
Misli Premyer Liqası
I tur
Saat 17:00, "İmişli" - "Turan Tovuz";
Saat 20:00, "Neftçi" - "Şamaxı".