Misli Premyer Liqasında II turun daha bir oyunu keçirilib.
Oxu.Az bildirir ki, günün ikinci matçında "Turan Tovuz" "Araz-Naxçıvan"la üz-üzə gəlib.
Qarşılaşma Naxçıvan təmsilçisinin səfər qələbəsi ilə yekunlaşıb - 1:2
Qonaqların heyətində 38-ci dəqiqədə Şarl Boli, 52-ci dəqiqədə Ba-Muaka Simakala fərqləniblər. Tovuz klubunda isə Alexandro Serrano 77-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.
"Araz-Naxçıvan" xallarının sayını 4-ə çatdırıb. "Turan Tovuz" isə 3 xalda qalıb.
Günün ilk görüşündə "Sabah" səfərdə "Şamaxı"nı üstələyib - 1:2.
Qeyd edək ki, II turun əvvəlki oyunlarında "Neftçi" "İmişli" ilə heç-heçə edib. "Sumqayıt" "Qarabağ"ı (1:0), "Karvan-Yevlax" "Kəpəz"i (3:2) məğlub edib. Tura avqustun 25-də "Qəbələ" - "Zirə" matçı ilə yekun vurulacaq.
Misli Premyer Liqasında II turun daha bir oyunu keçirilib.
Oxu.Az bildirir ki, günün ilk matçında "Şamaxı" "Sabah"ı qəbul edib.
Qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1.
1-ci dəqiqədə qonaqlardan Coy Lens Mikels fərqlənib. 58-ci dəqiqədə Dioqo Balau tarazlığı bərpa edib. 76-cı dəqiqədə Coy Lens Mikels dubl müəllifi olub.
Meydan sahibləri ilk turda səfərdə "Neftçi" ilə bərabərə qalib -1:1. "Sabah" - "Qarabağ" oyunu isə təxirə salınmışdı.
Günün ikinci görüşündə "Turan Tovuz" "Araz-Naxçıvan"la üz-üzə gələcək.
Qeyd edək ki, II turun əvvəlki oyunlarında "Neftçi" "İmişli" ilə heç-heçə edib. "Sumqayıt" "Qarabağ"ı (1:0), "Karvan-Yevlax" "Kəpəz"i (3:2) məğlub edib. Tura avqustun 25-də "Qəbələ" - "Zirə" matçı ilə yekun vurulacaq.
Bu gün Misli Premyer Liqasında II turun növbəti görüşləri keçiriləcək.
Oxu.Az xəbər verir ki, üçüncü oyun günüdə "Şamaxı" "Sabah"ı, "Turan Tovuz" isə "Araz-Naxçıvan"ı qəbul edəcək.
Qeyd edək ki, turun digər oyununda "Qəbələ" "Zirə" ilə avqust ayının 25-də üz-üzə gələcək.
24 avqust
Misli Premyer Liqası
II tur
Saat 17:00, "Şamaxı" - "Sabah";
Saat 19:00, "Turan Tovuz" - "Araz-Naxçıvan.