Lənkəranda baş vermiş qətlin bəzi detalları üzə çıxıb.
Mərhumun qohumunun sözlərinə görə, hadisə baş verən gün Əfsanə Lələzadə işə getmək üçün yola çıxıb:
"Yolun aşağısı ilə gəlirdim, Əfsanə mənə salam verdi, işə gedirdi. Daha sonra səs eşitdim, elə bildim uşaqdır, itin qorxusundan qışqırır. Çıxdım dəmiryoluna baxdım ki, iki nəfər bir nəfərin başının üzərində durub".
Mərhumun dayısı isə bildirib ki, Ə.Lələzadə dəmiryolundan keçərkən izlənilib, daha sonra bıçaqla xəsarət yetirilib.
Məlumata görə, Əfsanə Lələzadə son 4 ilə yaxın anası ilə yaşayıb. Onun həyat yoldaşı Nicat Lələzadə uzun müddət ailə ilə maraqlanmayıb və dəfələrlə qadını bıçaqla hədələyərək boşanmasına imkan verməyib.
Ətraflı Baku TV-nin süjetində:
Avqustun 24-də saat 9 radələrində Lənkəran rayon sakini 1995-ci il təvəllüdlü Əfsanə Əsgərlinin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Oxu.Az xəbər verir ki, bu barədə Lənkəran Rayon Prokurorluğundan bildirilib.
İlkin araşdırmalarla Lənkəran rayonu, Liman şəhəri ərazisində 1993-cü il təvəllüdlü Nicat Lələzadənin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək arvadı Əfsanə Əsgərlini qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Nicat Lələzadə iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda istintaq davam edir.
Lənkəranda qadını qətlə yetirməkdə şübhəli bilinən əri könüllü polisə təslim olub.
Oxu.Az xəbər verir ki, Əfsanə Lələzadəni qətlə yetirməkdə şübhəli bilinən 32 yaşlı Nicat Lələzadə polisə gedərək təslim olub.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Lənkəranda gənc qadın qətlə yetirilib.
Oxu.Az xəbər verir ki, hadisə Liman şəhəri ərazisində qeydə alınıb.
Belə ki, 1991-ci il təvəllüdlü Əfsanə Əkbər qızı Lələzadə kəsilmiş-deşilmiş yaralarla Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Xəstəxanadan verilən məlumata görə, qadın xəstəxanaya daxil olarkən həkiməqədər ölüm faktı qeydə alınıb.
İlkin məlumata görə, onun qətlində həyat yoldaşı şübhəli bilinir.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil verilib.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.