"Turan Tovuz" Misli Premyer Liqasında növbəti qələbəsini qazanıb.
Oxu.Az xəbər verir ki, bölgə təmsilçisi IV turda "Qəbələ" ilə üz-üzə gəlib. Qarşılaşma Tovuz klubunun qələbəsi ilə yekunlaşıb - 1:0.
55-ci dəqiqədə Aleks Souza fərqlənib.
Bu nəticədən sonra xallarının sayını 9-a çatdıran "Turan Tovuz" ikinci pillədə qərarlaşıb. Qəbələ təmsilçisi 1 xalla on birinci sıradadır.
Günün ilk matçında "İmişli" "Sumqayıt"ı minimal hesabla (1:0) üstələsə də, Peşəkar Futbol Liqasının əsasnaməsini pozduğu üçün texniki məğlubiyyət alacaq.
Qeyd edək ki, ötən gün "Araz-Naxçıvan" "Kəpəz"i iki cavabsız qolla üstələyib. "Qarabağ" - "Zirə" oyununda qalib müəyyənləşməyib - 1:1. Tura sentyabrın 14-də yekun vurulacaq.
Bu gün Misli Premyer Liqasında IV turun daha iki görüşü baş tutacaq.
Oxu.Az xəbər verir ki, ikinci oyun günündə "İmişli" "Sumqayıt"la, "Turan Tovuz" isə "Qəbələ" ilə üz-üzə gələcək.
13 sentyabr
Milsi Premyer Liqası
IV tur
Saat 16:30, "İmişli" - "Sumqayıt";
Saat 19:00, "Turan Tovuz" - "Qəbələ".