Misli Premyer Liqasında II turun oyunları davam edir.
Oxu.Az xəbər verir ki, turun növbəti oyun günündə iki qarşılaşma keçiriləcək.
İlk görüşdə "Turan Tovuz" doğma meydanda "Şamaxı"nı qəbul edəcək. Tovuz şəhər stadionunda keçiriləcək matç saat 18:30-da başlayacaq.
Günün digər qarşılaşmasında isə "Neftçi" "Araz-Naxçıvan"la üz-üzə gələcək. "Palms Sports Arena"da keçiriləcək görüş saat 20:45-də start götürəcək.
23 avqust
Misli Premyer Liqası
II tur
18:30. "Turan Tovuz" - "Şamaxı"
20:45. "Neftçi" - "Araz-Naxçıvan"
Qeyd edək ki, turun bu gün keçirilməli olan "Sabah" - "Sumqayıt" və "Qarabağ" - "Kəpəz" oyunları "Sabah" və "Qarabağ"ın avrokuboklardakı oyunlarına görə təxirə salınıb.