Misli Premyer Liqasında II turun daha bir oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, günün ikinci matçında "Qarabağ" "Sumqayıt"ı qəbul edib.
"Azersun Arena"dakı qarşılaşma "gənclik şəhəri" təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.
Görüşdəki yeganə qolu 72-ci dəqiqədə Ronaldo Vaskez vurub.
"Sumqayıt" xallarının sayını 6-ya çatdırıb. Ağdam klubu isə hələ xalsızdır. "Köhlən atlar"ın ilk turda "Sabah"la oyunu təxirə salınmışdı.
Misli Premyer Liqasının II turunun açılış oyununda "İmişli" və "Neftçi" heç-heçə edib.
Oxu.Az xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan matç 0:0 hesabı ilə yekunlaşıb.
Bununla da paytaxt təmsilçisi mövsümdə ardıcıl ikinci heç-heçəsinə imza atıb, bölgə komandası isə Premyer Liqada ilk xallarını qazanıb.
Günün digər matçında isə "Qarabağ" komandası "Sumqayıt"ı sınağa çəkəcək. Oyun "Azərsun Arena"da saat 19:30-da başlayacaq.
Bu gün Misli Premyer Liqasında II tura start veriləcək.
Oxu.Az xəbər verir ki, ilk oyun günündə iki oyun keçiriləcək.
"Neftçi" səfərdə "İmişli"nin qonağı olacaq, "Qarabağ" isə "Sumqayıt"ı qəbul edəcək.
Qeyd edək ki, turun digər oyunlarında "Kəpəz" klubu "Karvan"la avqust ayının 23-də, "Şamaxı" klubu "Sabah"la, "Turan Tovuz" klubu "Araz-Naxçıvan"la avqustun 24-də, "Qəbələ" isə "Zirə" ilə avqust ayının 25-də üz-üzə gələcək.
22 avqust
Misli Premyer Liqası
Saat 17:00, "İmişli" - "Neftçi";
Saat 19:30, "Qarabağ" - "Sumqayıt".