Bu gün Misli Premyer Liqasında XX tura start veriləcək.
Oxu.Az xəbər verir ki turun ilk oyun günündə iki görüş baş tutacaq.
"İmişli" "Qarabağ"la üz-üzə gələcək. Quba Olimpiya İdman Kompleksinin stadionunda baş tutacaq oyunun start fiti saat 14:30-da çalınacaq.
Günün son görüşündə "Zirə" doğma meydanda "Karvan-Yevlax"ı qəbul edəcək. Bu qarşılaşma 17:00-da başlayacaq.
Misli Premyer Liqası
II dövrə, XX tur
14 fevral
14:30. "İmişli" - "Qarabağ"
Quba Olimpiya İdman Kompleksinin stadionu
17:00. "Zirə" - "Karvan-Yevlax"
Zirə İdman Kompleksinin stadionu