Misli Premyer Liqasının XIII turunda "Qarabağ" doğma meydanda "Karvan-Yevlax"a qalib gəlib.
Oxu.Az xəbər verir ki, "Azərsun Arena"da baş tutan matçda meydan sahibləri 2:0 hesablı qələbə qazanıblar.
Ağdam təmsilçisinin heyətində Emanuel Addai (79) və Nəriman Axundzadə (89) fərqləniblər
Bu görüşdən sonra "Qarabağ" 29 xalla turnir cədvəlinə başçılıq edir. 5 xalı olan "Karvan-Yevlax" isə sonuncu - 12-cidir.
Qeyd edək ki, turun əvvəlki görüşlərində "Zirə" "Kəpəz"i 2:0, "Sabah" "İmişli"ni 3:0 hesabı ilə məğlub edib. "Turan-Tovuz" - "Neftçi" görüşündə isə hesab açılmayıb.
Tura noyabrın 30-da yekun vurulacaq.
Misli Premyer Liqasının XIII turunda "İmişli" klubu "Sabah"ı qəbul edib.
Oxu.Az xəbər verir ki, Quba Olimpiya İdman Kompleksinin stadionunda baş tutan oyunda "Sabah" klubu 3:0 hesab ilə qələbə qazanıb.
Qolları Amin Seydiyev (54), Stiv Solvet (60) və Kahim Parris (90+3) vurublar.
Bu qələbədən sonra xal ehtiyatını 25-ə çatdıran "Sabah" turnir cədvəlində üçüncü yerə yüksəlib. "İmişli" isə 15 xalla səkkizinci yerdə qalıb.
Qeyd edək ki, günün ikinci qarşılaşmasında "Qarabağ" klubu öz meydanında autsayder "Karvan-Yevlax"ı qəbul edəcək. "Azersun Arena"da keçiriləcək oyun 17:00-da start götürəcək.
Misli Premyer Liqasında XIII turun növbəti oyunları keçiriləcək.
Oxu.Az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutacaq.
Açılış oyununda "İmişli" "Sabah"ı qəbul edəcək. Qarşılaşma saat 14:30-da start götürəcək.
Günün ikinci oyununda "Qarabağ" klubu öz meydanında "Karvan-Yevlax" komandası ilə üz-üzə gələcək. Bu matç saat 17:00-da başlayacaq.
Qeyd edək ki, tura noyabrın 30-da yekun vurulacaq.
Misli Premyer Liqası
XIII tur
29 noyabr
14:30. "İmişli" - "Sabah"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov.
VAR: Rauf Cabarov.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Quba OİK stadionu.
17:00. "Qarabağ" - "Karvan-Yevlax"
Hakimlər: Kamranbəy Rəhimov, Eyyub İbrahimov, Zöhrab Abbasov, Kamran Əliyev.
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
"Azersun Arena".