"Qarabağ" Misli Premyer Liqasında heç-heçə edib.
Oxu.Az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv IV turda "Zirə" ilə üz-üzə gəlib.
"Azersun Arena"dakı qarşılaşma heç-heçə yekunlaşıb - 1:1.
39-cu dəqiqədə Ruan Renato "qartallar"ı hesabda önə keçirib. 81-ci dəqiqədə meydan sahiblərindən Kadi Borges tarazlığı bərpa edib.
Xallarının sayını 8-ə çatdıran "Zirə" ikinci pillədə qərarlaşıb. Ağdam klubu 4 xalla hələlik beşinci sıradadır.
Misli Premyer Liqasının IV turunda "Kəpəz" "Araz Naxçıvan"a məğlub olub.
Oxu.Az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə başa çatıb - 2:0.
Elmar Baxşıyevin rəhbərlik etdiyi komandanın heyətində Slavik Alxasov (65-ci dəqiqə) və Bar Kohen (86-cı dəqiqə) fərqləniblər.
Bu nəticədən sonra "Araz Naxçıvan" xallarını 10-a çatdıraraq turnir cədvəlində liderliyə yüksəlib. 12-ci pillədə qərarlaşan Gəncə təmsilçisi "Kəpəz"in isə hələ də xalı yoxdur.
Qeyd edək ki, IV tura sentyabrın 14-də yekun vurulacaq.
Bu gün Misli Premyer Liqasında IV tura start veriləcək.
Oxu.Az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Belə ki, "Kəpəz" klubu "Araz-Naxçıvan"la, "Qarabağ" isə "Zirə" ilə üz-üzə gələcək.
Turun digər oyunlarında "İmişli" klubu "Sumqayıt"ı, "Turan Tovuz" klubu "Qəbələ"ni sentyabrın 13-də qəbul edəcək. Tura "Şamaxı" - "Karvan" və "Neftçi" - "Sabah" matçları ilə sentyabrın 14-də yekun vurulacaq.
12 sentyabr
Misli Premyer Liqası
IV tur
Saat 17:45, "Kəpəz" - "Araz-Naxçıvan";
Saat 20:00, "Qarabağ" - "Zirə".