Misli Premyer Liqasının XXI turunda "Araz-Naxçıvan" səfərdə "Karvan-Yevlax"a qalib gəlib.
Oxu.Az xəbər verir ki, Yevlax şəhər stadionunda keçirilən matç Naxçıvan təmsilçisinin qələbəsi (0:2) ilə bitib.
"Araz-Naxçıvan"ın heyətində Felipe Santos dubl edib (32 və 51-ci dəqiqə).
Qeyd edək ki, bu qələbə ilə "Araz-Naxçıvan" 33 xalla turnir cədvəlinin beşinci sırasına yüksəlib. "Karvan-Yevlax" isə 6 xalla sonuncu - on ikinci pillədə qalıb.
Bu gün Misli Premyer Liqasında XXI turun növbəti oyunu keçiriləcək.
Oxu.Az xəbər verir ki, turun tək qarşılaşmasında "Karvan-Yevlax" - "Araz-Naxçıvan" ilə üz-üzə gələcək.
Yevlax şəhər stadionunda baş tutacaq oyunun start fiti saat 14:30-da çalınacaq.
Qeyd edək ki, bu gün XXI turun "Neftçi" və "Qarabağ" komandaları arasında keçirilməli olan oyunu təxirə salınıb.
Misli Premyer Liqası
II dövrə, XXI tur
21 fevral
14:30, "Karvan-Yevlax" - "Araz-Naxçıvan"
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Ruslan Quliyev.
VAR: Tural Qurbanov.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Yevlax şəhər stadionu.