Misli Premyer Liqasında II turun daha bir oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, günün yeganə matçında "Kəpəz" "Karvan-Yevlax"la üz-üzə gəlib.
Qarşılaşma Yevlax təmsilçisinin səfər qələbəsi ilə yekunlaşıb - 2:3.
Qalibiyyət qollarını 38-ci dəqiqədə penaltidən Coy Sleyd Mikels, 52-ci dəqiqədə Tompson Qavi, 89-cu dəqiqədə Kayl Spens vurub. 77-ci dəqiqədə Məqsəd İsayev, 90+6-cı dəqiqədə isə Vitor Feyjao Gəncə klubunun təsəlli qoluna imza atıblar.
Qeyd edək ki, turun əvvəlki matçlarında "İmişli" "Neftçi" ilə qolsuz bərabərə qalıb. "Sumqayıt" isə səfərdə "Qarabağ"a (1:0) qalib gəlib. Digər qarşılaşmalar avqustun 24 və 25-də keçiriləcək.
Bu gün Misli Premyer Liqasında II turun növbəti oyunu keçiriləcək.
Oxu.Az xəbər verir ki, ikinci oyun günündə yalnız bir matç baş tutacaq.
Bu gün "Kəpəz" komandası "Karvan-Yevlax"la üz-üzə gələcək.
Qeyd edək ki, turun digər qarşılaşmaları avqustun 24-də "Şamaxı" - "Sabah" və "Turan Tovuz" - "Araz-Naxçıvan", avqustun 25-də isə "Qəbələ" - "Zirə" oyunları keçiriləcək.
23 avqust
Misli Premyer Liqası
II tur
Saat 19:00, "Kəpəz" - "Karvan-Yevlax".