Misli Premyer Liqasının XXV turunda lider "Sabah" növbəti qələbəsini qazanıb.
Oxu.Az xəbər verir ki, "Bank Respublika Arena"da "Sumqayıt"ı qəbul edən komanda 3:1 hesablı qələbə qazanıb.
"Sabah"ın qollarını Kahim Parris (24), Coy-Lens Mikels (49) və Velko Simiç (70) vurublar. Qonaqların heyətində isə Nsana Simon (90+1) fərqlənib.
Xallarının sayını 62-yə çatdıran "Sabah" turnir cədvəlinin vahid lideridir. "Sumqayıt" isə 32 xalla yeddinci sırada qərarlaşıb.
Misli Premyer Liqasının XXV turunda "Karvan-Yevlax" və "Zirə" komandaları üz-üzə gəlib.
Oxu.Az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv səfərdə "Karvan-Yevlax"ı 1:0 hesabı ilə üstələyib.
Görüşdə yeganə qolu 79-cu dəqiqədə Anatoli Nuriyev vurub.
Bu nəticədən sonra xallarının sayını 42-yə çatdıran "Zirə" 4-cü pillədə qərarlaşıb. Meydan sahibləri 8 xalla sonuncu - 12-ci sıradadır.
Qeyd edək ki, günün növbəti matçında "Sabah" "Sumqayıt"ı qəbul edəcək.
11:00
Bu gün Misli Premyer Liqasında XXV turun növbəti oyunları keçiriləcək.
Oxu.Az xəbər verir ki, günün ilk qarşılaşmasında "Karvan-Yevlax" klubu "Zirə" ilə üz-üzə gələcək.
Yevlax şəhər stadionunda keçiriləcək matç saat 15:00-da başlayacaq.
Günün digər qarşılaşmasında isə "Sabah" "Sumqayıt"ı qəbul edəcək. Saat 19:15-də start götürəcək görüş "Bank Respublika Arena"da oynanılacaq.
Misli Premyer Liqası
XXV tur
19 mart
15:00. "Karvan-Yevlax" - "Zirə"
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Gülnurə Əkbərzadə, Namiq Bəkirov
VAR: Cavid Cəlilov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Yevlax şəhər stadionu.
19:15. "Sabah" - "Sumqayıt"
Hakimlər: Rəvan Həmzəzadə, Zöhrab Abbasov, Şirmamed Mamedov, Vüqar Həsənli
VAR: Kamranbəy Rəhimov
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
"Bank Respublika Arena".