Misli Premyer Liqasında bu gün XIX turun son oyunları keçiriləcək.
Oxu.Az xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma baş tutacaq.
Günün ilk oyununda "Qarabağ" komandası səfərdə "Şamaxı"nın qonağı olacaq. Şamaxı şəhər stadionunda keçiriləcək qarşılaşma saat 14:30-da start götürəcək.
Turun son matçında isə "Neftçi" öz meydanında "Qəbələ"ni qəbul edəcək. "Palms Sports Arena"da keçiriləcək oyun saat 19:00-da başlayacaq.
Misli Premyer Liqası
II dövrə, XIX tur
14:30. "Şamaxı" - "Qarabağ"
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Ruslan Quliyev.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Şamaxı şəhər stadionu
19:00. "Neftçi" - "Qəbələ"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Əkbər Əhmədov.
VAR: Cavid Cəlilov.
AVAR: Elvin Bayramov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
"Palms Sports Arena"
Qeyd edək ki, XIX turun daha əvvəl keçirilən görüşlərində "Sabah" "Araz-Naxçıvan"ı (4:1), "Zirə" "Sumqayıt"ı (3:2), "Turan Tovuz" "Karvan-Yevlax"ı (1:0) üstələyib, "İmişli" - "Kəpəz" görüşündə isə hesab açılmayıb.