Misli Premyer Liqasının XXV turunda "Neftçi" "İmişli" kollektivi ilə qarşılaşıb.
Oxu.Az xəbər verir ki, "Palms Sports Arena"da baş tutan oyunda ev sahibləri 6:0 hesablı qələbə qazanıb.
Qolları Breno Almeyda (12), İmad Faraj (15, 50), Emil Səfərov (19, 60) və Emin Mahmudov (54) vurublar.
"Neftçi" 37 xalla altıncıdır. "İmişli" isə 22 xalla doqquzuncu yerdədir.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Araz-Naxçıvan" "Şamaxı"nı (1:0), "Zirə" "Karvan-Yevlax"ı (1:0), "Sabah" "Sumqayıt"ı (3:1), "Kəpəz" isə "Qarabağ"ı (1:0) məğlub edib.
Misli Premyer Liqasının XXV turunun növbəti oyunları keçirilir.
Oxu.Az xəbər verir ki, günün açılış qarşılaşmasında "Kəpəz" "Qarabağ"la üz-üzə gəlib.
Yevlax şəhər stadionunda keçirilən matç Gəncə təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda yeganə qolu qarşılaşmanın 45-ci dəqiqəsində Fərid Nəbiyev vurub.

Bu gün Misli Premyer Liqasının XXV turunun növbəti oyunları keçiriləcək.
Oxu.Az xəbər verir ki, günün açılış qarşılaşmasında "Kəpəz" klubu "Qarabağ"la üz-üzə gələcək.
Yevlax şəhər stadionunda keçiriləcək matç saat 15:00-da başlayacaq.
Günün digər qarşılaşmasında isə "Neftçi" "İmişli"ni qəbul edəcək. Saat 19:15-də start götürəcək görüş "Palms Sports Arena"da oynanılacaq.
Misli Premyer Liqası
XXV tur
20 mart
15:00. "Kəpəz" - "Qarabağ"
Hakimlər: Əli Əliyev, Elşad Abdullayev, Tərlan Talıbzadə, Emin Əliyev.
VAR: Rauf Cabarov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elman Musayev.
Yevlax şəhər stadionu.
19:15. "Neftçi" - "İmişli"
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Elvin Bayramov.
VAR: İnqilab Məmmədov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
"Palms Sports Arena".