Misli Premyer Liqasının XXXI turunda növbəti görüş baş tutub.
Oxu.Az xəbər verir ki, "Sumqayıt" doğma meydanda "Araz-Naxçıvan"ı qəbul edib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Sumqayıt"ın heyətində 45+2-ci dəqiqədə Aleksandr Ramalinqom fərqlənib. Naxçıvan təmsilçisindən isə 63-cü dəqiqədə Ba-Muaka Simakala qol müəllifi olub. "Araz-Naxçıvan"ən müdafiəçisi Rahil Məmmədov isə 90+3-cü dəqiqədə avtoqola imza atıb.
Bu nəticədən sonra "Araz-Naxçıvan" 40 xalla turnir cədvəlinin 7-ci pilləsində yer alıb. 41 xala malik "Sumqayıt" isə 6-cı pilləyə yüksəlib.
Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində "Kəpəz" son Azərbaycan çempionu "Sabah"ı (1:0) məğlub edib. "Qəbələ" -"Qarabağ" matçında 1:1 hesabı qeydə alınıb. "İmişli" - "Zirə" görüşü isə qolsuz bərabərliklə başa çatıb.
Premyer Liqada XXXI tura mayın 10-da yekun vurulacaq.
Misli Premyer Liqasının XXXI turunda daha bir matç keçirilib.
Oxu.Az xəbər verir ki, "Qarabağ" səfərdə "Qəbələ" ilə üz-üzə gəlib.
Qəbələ şəhər stadionunda baş tutan qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.
"Qarabağ"ın heyətində 29-cu dəqiqədə Kadi Borges fərqlənib. "Qəbələ"dən İsmael Akinade 57-ci dəqiqədə rəqib qapısına yol tapıb.
Bu nəticədən sonra "Qarabağ" 63 xalla 2-ci pillədə qərarlaşıb. 21 xala malik "Qəbələ" isə 11-ci yerdədir.
Qeyd edək ki, turun ötən gün baş tutan görüşlərində "Kəpəz" son Azərbaycan çempionu "Sabah"ı (1:0) məğlub edib. "İmişli" - "Zirə" matçı isə qolsuz bərabərliklə başa çatıb.
Premyer Liqada XXXI tura mayın 10-da yekun vurulacaq.
Misli Premyer Liqasında XXXI turun oyunları davam edir.
Oxu.Az xəbər verir ki, bu gün iki oyun keçiriləcək.
Günün ilk matçında "Qəbələ" "Qarabağ"ı qəbul edəcək. Qəbələ şəhər stadionunda baş tutacaq görüşün start fiti 17:00-da səslənəcək. Matçın baş hakimi İnqilab Məmmədov olacaq.
Hazırda "Qəbələ" 20 xalla turnir cədvəlinin 11-ci, "Qarabağ" isə 62 xalla ikinci pillədə qərarlaşıb.
Günün ikinci matçında isə "Sumqayıt" və "Araz-Naxçıvan" komandaları üz-üzə gələcəklər. Mehdi Hüseynov adına Sumqayıt şəhər stadionunda keçiriləcək görüş saat 19:30-da başlayacaq.
Qeyd edək ki, "Sumqayıt" 38 xalla yeddinci, "Araz-Naxçıvan" isə 40 xalla altıncı pillədədir.
17:00. "Qəbələ" - "Qarabağ"
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Orxan İbişov, İslam Məmmədov;
VAR: Əli Əliyev;
AVAR: Kamran Bayramov;
Hakim-inspektor: Ceyhun Haşımov;
AFFA nümayəndəsi: Elman Musayev;
Qəbələ şəhər stadionu.
19:30. "Sumqayıt" - "Araz-Naxçıvan"
Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Tərlan Talıbzadə, Cavid Cəlilov;
VAR: Kamal Umudlu;
AVAR: Vüsal Məmmədov;
Hakim-inspektor: Anar Salmanov;
AFFA nümayəndəsi: Namiq Əliyev;
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.