"Sabah" komandası Misli Premyer Liqasında növbəti qələbəsini qazanıb.
Oxu.Az xəbər verir ki, Masazır təmsilçisi XXIX turun sonuncu matçında "Karvan-Yevlax"a qalib gəlib.
"Bank Respublika Arena"dakı qarşılaşma 2:0 hesabı ilə bitib.
49-cu dəqiqədə Patrik Mbina, 55-ci dəqiqədə Aron Maluda fərqlənib.
Qonaqlardan Tompson Qavi 36-cı dəqiqədə ikinci sarı vərəqəni alaraq meydanda qovulub. Meydan sahiblərindən Aleksey İsayev 64-cü dəqiqədə birbaşa qırmızı vərəqə görüb.
Misli Premyer Liqasında XXIX turun daha bir oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, günün ilk matçında "Turan Tovuz" "Zirə"ni qəbul edib.
Tovuz şəhər stadionundakı qarşılaşma heç-heçə bitib - 1:1.
Meydan sahiblərinin heyətində 22-ci dəqiqədə Rəhim Sadıxov, qonaqlardan 63-cü dəqiqədə Davit Volkov fərqləniblər.
Tovuz klubu 56 xalla üçüncü, "Zirə" 46 xalla dördüncü pillədə qərarlaşıb.
Bu gün futbol üzrə Misli Premyer Liqasında 29-cu tura yekun vurulacaq.
Oxu.Az xəbər verir ki, son oyun günündə iki matç keçiriləcək.
Günün ilk qarşılaşmasında "Turan Tovuz" öz meydanında "Zirə"ni qəbul edəcək. Tovuz şəhər stadionunda baş tutacaq qarşılaşma saat 18:00-da start götürəcək. "Turan Tovuz" klubu 28 turdan sonra 55 xalla üçüncü, "Zirə" isə 45 xalla dördüncü yerdə qərarlaşıblar.
Günün digər qarşılaşmasında isə lider "Sabah" öz meydanında autsayder "Karvanı"ı qəbul edəcək. Bank Respublika Arenada keçiriləcək bu maraqlı qarşılaşma saat 20:00-da başlayacaq. "Sabah" 69 xalla turnir cədvəlində liderdir, yevlaxlılar isə 14 xalla sonuncu yerdədirlər.