Misli Premyer Liqasının VI turunda "Neftçi" "Karvan-Yevlax"la qarşılaşıb.
Oxu.Az xəbər verir ki, "Neftçi Arena"da baş tutan görüş heç-heçə nəticələnib.
Qarşılaşmada qapılara qol vurulmayıb. Bu nəticədən sonra xallarının sayını 7-yə yüksəldən "Neftçi" 8-ci pillədə qərarlaşıb. "Karvan-Yevlax" isə 5 xalla 10-cu yerdədir.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "İmişli" "Zirə" ilə, "Şamaxı" "Araz-Naxçıvan"la heç-heçə edib - 1:1. "Qarabağ" isə "Qəbələ"ni 2:0 hesabı ilə üstələyib.
Misli Premyer Liqasında VI turun növbəti oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, "Şamaxı" doğma meydanda "Araz-Naxçıvan"ı qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Hazırda Naxçıvan təmsilçisi 11 xalla ikinci pillədə qərarlaşıb. Ev sahibləri isə 6 xalla səkkizinci yerdədir.
Turun ötən gün baş tutmuş matçlarında "Qarabağ" "Azersun Arena"da "Qəbələ"ni qəbul edib. Görüş Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Zirə" isə "İmişli" ilə heç-heçə edib - 1:1.
Bu gün Azərbaycan Premyer Liqasında VI turun növbəti oyunları keçiriləcək.
Oxu.Az xəbər verir ki, günün ilk matçında Şamaxı şəhər stadionunda "Şamaxı" klubu "Araz- Naxçıvan"ı qəbul edəcək.
Günün növbəti oyununda isə "Neftçi" öz meydanında "Karvan-Yevlax"la üz-üzə gələcək.
Azərbaycan Premyer Liqası, VI tur
27 sentyabr
15:30. "Şamaxı" - "Araz-Naxçıvan"
Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Kərim Zeynalov, İslam Məmmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: İlham Əliyev
Şamaxı şəhər stadionu
19:00. "Neftçi" - "Karvan-Yevlax"
Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Zöhrab Abbasov, Nicat İsmayıllı
VAR: Fərid Hacıyev
AVAR: Vüqar Həsənli
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
"Palms Sport Arena"
Qeyd edək ki, tura sentyabrın 28-də keçiriləcək "Turan Tovuz" - "Kəpəz" və "Sabah" - "Sumqayıt" oyunları ilə yekun vurulacaq.