Misli Premyer Liqasının I turunda "Sumqayıt" "Kəpəz"lə üz-üzə gəlib.
Oxu.Az xəbər verir ki, Sumqayıt şəhər stadionunda baş tutan matç ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə bitib.
"Gənclik şəhəri" təmsilçisinin heyətində qolları Rüstəm Əhmədzadə (14), Aleksandr Ramalinqom (26), Aleksa Yankoviç (36) vurublar.
Qeyd edək ki, daha əvvəlki matçlarda "Turan-Tovuz" "İmişli"ni bir cavabsız qolla üstələyib. "Karvan-Yevlax" və "Qəbələ" komandaları arasında keçirilmiş açılış oyununda qalib müəyyənləşməyib - 1:1. Eyni hesab "Neftçi" - "Şamaxı" qarşılaşmasında da qeydə alınıb.

Bu gün Misli Premyer Liqasında I turun daha bir görüşü keçiriləcək.
Oxu.Az xəbər verir ki, üçüncü oyun günündə "Sumqayıt" "Kəpəz"i qəbul edəcək.
Xatırladaq ki, turun daha öncəki oyunlarında "Karvan-Yevlax" "Qəbələ" ilə, "İmişli" "Turan Tovuz"la, "Neftçi" isə "Şamaxı" ilə üz-üzə gəlmişdi.
Qeyd edək ki, turun digər oyunlarında " "Zirə" ilə "Araz-Naxçvan" avqust ayının 19-da üz-üzə gələcəklər.
Avqustun 17-də keçiriləcək "Sabah" - "Qarabağ" matçı "köhlən atlar"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməsi səbəbindən təxirə salınıb.
17 avqust
Misli Premyer Liqası
I tur
Saat 20:30, "Sumqayıt" - "Kəpəz".