Misli Premyer Liqasında VII tura yekun vurulub.
Oxu.Az bildirir ki, turun son oyununda "Qəbələ" evdə "Şamaxı"ya məğlub olub - 0:1.
Yeganə qolu 7-ci dəqiqədə penaltidən Rikardo Apolinario vurub.
"Qəbələ" 4 xalla 11-ci, qonaqlar 9 xalla yeddincidir.
Bu gün keçirilən digər görüşdə "Sabah" səfərdə "Karvan-Yevlax"ı üstələyib - 2:0.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Araz-Naxçıvan" "İmişli"ni (2:0), "Qarabağ" "Kəpəz"i (1:0), "Turan Tovuz" "Sumqayıt"ı (3:0) məğlub edib. "Zirə" - "Neftçi" oyununda isə qalib müəyyənləşməyib - 2:2.
Misli Premyer Liqasının VII turunda "Sabah" səfərdə "Karvan-Yevlax"a qalib gəlib.
Oxu.Az xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan görüş qonaqların 2:0 hesablı qələbəsi ilə bitib.
Bakılıların heyətində Coy-Lens Mikels (31-p.) və Kahim Parris (37) fərqləniblər.
Bu görüşdən sonra Yevlax təmsilçisi 5 xalla 10-cu, qonaqlar 11 xalla 6-cı pillədə qərarlaşıblar. Bakı klubunun ehtiyatda bir oyunu var.
Tura Qəbələdə yekun vurulacaq. Şəhərin eyniadlı komandası "Şamaxı" ilə üz-üzə gələcək. Bu görüş saat 17:30-da başlayacaq.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Araz-Naxçıvan" "İmişli"ni (2:0), "Qarabağ" "Kəpəz"i (1:0), "Turan Tovuz" "Sumqayıt"ı (3:0) məğlub edib. "Zirə"-"Neftçi" oyununda isə qalib müəyyənləşməyib - 2:2.
Bu gün Misli Premyer Liqasında VII tura yekun vurulur.
Oxu.Az xəbər verir ki, günün ilk matçında Şamaxı şəhər stadionunda "Karvan-Yevlax" klubu "Sabah"ı qəbul edəcək.
Günün növbəti oyununda isə "Qəbələ" öz meydanında "Şamaxı" ilə üz-üzə gələcək.
Misli Premyer Liqası, VII tur
5 oktyabr
15:00. "Karvan-Yevlax" - "Sabah"
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, İslam Məmmədov.
VAR: İnqilab Məmmədov.
AVAR: Namik Hüseynov.
Hakim-inspektor: Ömər Paşayev.
Şamaxı şəhər stadionu.
17:30. "Qəbələ" - "Şamaxı"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Vüsal Əliyev.
Qəbələ şəhər stadionu.