Misli Premyer Liqasının IV turunda "Neftçi" "Sabah"la bərabərə qalıb.
Oxu.Az xəbər verir ki, "Neftçi Arena"da keçirilən turun bağlanış matçında hesab açılmayıb.
Bu turdan sonra "Sabah"ın 4, "Neftçi"nin isə 3 xalı var.
Qeyd edək ki, daha əvvəl "Şamaxı" "Karvan-Yevlax"ı üç, "Araz-Naxçıvan" "Kəpəz"i iki, "Turan Tovuz" "Qəbələ"ni, "İmişli" isə "Sumqayıt"ı bir cavabsız qolla üstələyib. "Qarabağ" - "Zirə" oyununda qalib müəyyənləşməyib - 1:1.
Misli Premyer Liqasının IV turunda "Şamaxı" "Karvan-Yevlax"a qalib gəlib.
Oxu.Az xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən matçda meydan sahibləri 3:0 hesablı qələbəyə seviniblər.
Qolları Alfons Msanqa (38) Andrey Tirkoveanu (45) və Sezar Enrike (71) vurublar.
Cari mövsüm ilk qələbəsini qazanan "Şamaxı" xallarının sayını 5-ə çatdırıb. "Karvan-Yevlax"ın hesabında 4 xal var.
Qeyd edək ki, daha əvvəl "Araz-Naxçıvan" "Kəpəz"i iki, "Turan Tovuz" "Qəbələ"ni, "İmişli" isə "Sumqayıt"ı bir cavabsız qolla üstələyib. "Qarabağ" - "Zirə" oyununda qalib müəyyənləşməyib - 1:1.
Bu gün Misli Premyer Liqasında IV turun son oyunları keçiriləcək.
Oxu.Az xəbər verir ki, son oyun günündə "Şamaxı" "Karvan-Yevlax"la, "Neftçi" isə "Sabah"la qarşılaşacaq.
Xatırladaq ki, turun digər oyunlarında "Araz-Naxçıvan" "Kəpəz"ə 2:0 hesabı ilə qalib gəlib, "Qarabağ" - "Zirə" 1:1 hesabı ilə başa çatıb. "İmişli" "Sumqayıt"ı, "Turan-Tovuz" isə "Qəbələ"ni minimal hesabla üstələyib. "İmişli" oyunun protokol qaydalarını pozduğu üçün kluba texniki məğlubiyyət veriləcəyi gözlənilir.
Qeyd edək ki, hazırda turnir cədvəlinə 10 xalla "Araz-Naxçıvan" başçılıq edir.
14 sentyabr
Misli Premyer Liqası
V tur
Saat 16:30, "Şamaxı" - "Karvan";
Saat 19:00, "Neftçi" - "Sabah".