Misli Premyer Liqasının VI turunda "Qarabağ" "Qəbələ"yə qalib gəlib.
Oxu.Az xəbər verir ki, "Azərsun Arena"da keçirilən matç Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə bitib.
16-cı dəqiqədə Abdullah Zubir, 90+3-cü dəqiqədə isə Musa Qurbanlı dəqiq zərbə müəllifi olub.
"Köhlən atlar" xallarının sayını 10-a çatdırıblar. "Qəbələ" isə 4 xalda qalıb.
Qeyd edək ki, turun açılış görüşündə "İmişli" "Zirə" ilə 1:1 hesablı heç-heçəyə razılaşıb. VI tura sentyabrın 28-də yekun vurulacaq.
Bu gün Misli Premyer Liqasında VI tura start verilib.
Oxu.Az xəbər verir ki, açılış matçında "İmişli" "Zirə"ni qəbul edib.
Quba Olimpiya İdman Kompleksində baş tutan oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb. "İmişli"dən Dioqo Rollo (26), paytaxt təmsilçisinin heyətində isə David Volkov (80) fərqləniblər.
Qeyd edək ki, hazırda "Zirə" 12 xalla 1-ci, "İmişli" isə 8 xalla 5-ci yerdə qərarlaşıb.
Bu gün Misli Premyer Liqasında VI tura start verilir.
Oxu.Az xəbər verir ki, turun ilk oyun günündə "İmişli" klubu "Zirə"ni, "Qarabağ" isə "Qəbələ"ni qəbul edəcək.
Qeyd edək ki, sabah "Şamaxı" - "Araz-Naxçıvan", "Neftçi" - "Karvan-Yevlax" qarşılaşmaları baş tutacaq.
Tura sentyabrın 28-də "Turan Tovuz " - "Kəpəz", "Sabah" - "Sumqayıt" matçları ilə yekun vurulacaq.
26 sentyabr
15:30. "İmişli" - "Zirə"
Hakimlər: Əli Əliyev, Teymur Teymurov, Cəmil Quliyev, Tural Qurbanov;
VAR: Elçin Məsiyev;
AVAR: Elşad Abdullayev;
Hakim-inspektor: Feyzulla Feyzullayev;
AFFA nümayəndəsi: Elçin Mehtiyev;
Quba OİK stadionu.
19:00. "Qarabağ" - "Qəbələ"
Hakimlər: Rauf Cabarov, Tərlan Talıbzadə, Şirmamed Mamedov, Elvin Bayramov;
VAR: Cavid Cəlilov;
AVAR: Kamran Bayramov;
Hakim-inspektor: Anar Salmanov;
AFFA nümayəndəsi: Eldəniz Musayev;
"Azersun Arena".