Misli Premyer Liqasının VII turunda daha bir oyun keçirilib.
Oxu.Az xəbər verir ki, günün ikinci matçında "Neftçi" səfərdə "Zirə" ilə üz-üzə gəlib.
Qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.
Qonaqların heyətində 66-cı dəqiqədə Fredi Varqas, 88-ci dəqiqədə Bassala Sambu fərqlənib. Meydan sahiblərində 27-ci dəqiqədə Giorgi Papunaşvili, 90+8-ci dəqiqədə Ruan Renato adını tabloya yazdırıb. Qəsəbə təmsilçisində Ayron Qomis 90+10-cu dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Bu nəticədən sonra xallarının sayını 13-ə çatdıran "Zirə" ikinci pillədə qərarlaşıb. "Neftçi" 8 xalla yeddincidir.
Günün ilk oyununda "Araz-Naxçıvan" "İmişli"ni iki cavabsız qolla üstələyib.
Qeyd edək ki, tura oktyabrın 5-də yekun vurulacaq.
"Araz-Naxçıvan" Misli Premyer Liqasında VII turun açılış matçında qələbə qazanıb.
Oxu.Az xəbər verir ki, Elmar Baxşıyevin komandası "İmişli"ni evdə 2:0 hesabı ilə məğlub edib.
Qolları Ba-Muaka Simakala (33) və Ülvi İsgəndərov (90+5) vurublar.
"İmişli" hazırda 8 xalla yeddinci pillədə qərarlaşıb. Hesabında 14 xal olan Naxçıvan təmsilçisi isə turnir cədvəlinin zirvəsinə yüksəlib.
Bu gün Misli Premyer Liqasında VII tura start verilir
Oxu.Az xəbər verir ki, turun ilk oyun günündə "Araz-Naxçıvan" klubu "İmişli"ni, "Zirə" isə "Neftçi"ni qəbul edəcək.
Qeyd edək ki, sabah "Qarabağ" - "Kəpəz", "Sumqayıt" - "Turan Tovuz" qarşılaşmaları baş tutacaq.
Tura oktyabrın 5-də "Karvan-Yevlax " - "Sabah", "Qəbələ" - "Şamaxı" matçları ilə yekun vurulacaq.
Misli Premyer Liqası
VII tur
3 oktyabr
17:00. "Araz-Naxçıvan"- "İmişli"
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev.
VAR: Rauf Cabarov.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
"Liv Bona Dea Arena".
19:30. "Zirə" - "Neftçi"
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, Elvin Bayramov.
VAR: Rəşad Əhmədov.
AVAR: Kamran Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elman Musayev.
Zirə İdman Kompleksinin stadionu