Misli Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.
Oxu.Az bildirir ki, günün ikinci matçında "Turan Tovuz" səfərdə "Sumqayıt"la üz-üzə gəlib.
Qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 34-cü dəqiqədə Joralem Batista, 58-ci dəqiqədə Aleks de Souza fərqlənib. 90-cı dəqiqədə Ayxan Hüseynov adını tabloya yazdırıb.
Bu nəticədən sonra xallarının sayını 15-ə çatdıran Tovuz klubu birinci pilləyə yüksəlib. "Gənclik şəhəri" təmsilçisi 11 xalla beşinci sıradadır.
Günün ilk matçında "Qarabağ" "Kəpəz"i məğlub edib - 1:0.
Qeyd edək ki, VII tura oktyabrın 5-də yekun vurulacaq. Ötən gün "Araz-Naxçıvan" "İmişli"ni iki cavabsız qolla üstələyib. "Zirə" - "Neftçi" oyununda isə qalib müəyyənləşməyib - 2:2.
"Qarabağ" komandası Misli Premyer Liqasında növbəti qələbəsini qazanıb.
Oxu.Az bildirir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv VII turda "Kəpəz"i qəbul edib.
"Azersun Arena"dakı qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qalibiyyəti ilə bitib.
37-ci dəqiqədə Samy Mmae fərqlənib. Rəqiblərindən bir oyun az keçirən Ağdam klubu 13 xalla ikinci pillədə qərarlaşıb. Yeddi matçın hamısında məğlub olan Gəncə təmsilçisi 12-ci sıradadır.
Günün ikinci matçında "Turan Tovuz" səfərdə "Sumqayıt"la üz-üzə gələcək.
Qeyd edək ki, VII tura oktyabrın 5-də yekun vurulacaq. Ötən gün "Araz-Naxçıvan" "İmişli"ni iki cavabsız qolla üstələyib. "Zirə" - "Neftçi" oyununda isə qalib müəyyənləşməyib - 2:2.
Bu gün Misli Premyer Liqasında VII turun növbəti oyunları keçiriləcək.
Oxu.Az xəbər verir ki, günün ilk matçında "Azersun Arena"da "Qarabağ" klubu "Kəpəz"i qəbul edəcək.
Günün növbəti oyununda isə "Sumqayıt" öz meydanında "Turan Tovuz"la üz-üzə gələcək.
Azərbaycan Premyer Liqası, VII tur
4 oktyabr
17:00. "Qarabağ" - "Kəpəz"
Hakimlər: Nicat İsmayıllı, Rahil Ramazanov, Kərim Zeynalov, Vüqar Həsənli
VAR: Əli Əliyev
AVAR: Rəşad Əhmədov
Hakim-inspektor: Babək Quliyev
"Azersun Arena"
19:30. "Sumqayıt" - "Turan Tovuz"
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Şirmamed Mamedov, Əkbər Əhmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Munis Abdullayev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Qeyd edək ki, tura oktyabrın 5-də keçiriləcək "Karvan-Yevlax " - "Sabah", "Qəbələ" - "Şamaxı" oyunları ilə yekun vurulacaq.